Gündəlik həyatda boyun gərginliyi, kürək ağrıları (qulunc) və ya bel spazmlarından əziyyət çəkən bir çox insan müxtəlif müalicələr sınasa da tam nəticə ala bilmir. Klinikamızda ən çox tətbiq etdiyimiz və sürətli nəticə verən metodlardan biri ediymiz **Quru İynələmə (Dry Needling)**, digər adı ilə **İynə Terapiyasıdır**. Bu metod xüsusilə əzələ triqqer nöqtələrinin (ağrılı nöqtələrin) aradan qaldırılmasında dünya miqyasında ən effektiv üsullardan biri hesab olunur.
Quru İynə Terapiyası Nədir?
Quru iynələmə, bədəndə gərgin olan və ağrı yayan spazmlı əzələ sahələrinə (triqqer nöqtələrinə) xüsusi incə iynələrin daxil edilməsi ilə icra edilən bir müalicə metodudur. İynənin tərkibində hər hansı bir dərman və ya kimyəvi maddə olmadığı üçün bu üsul **"quru" iynələmə** adlanır. Müalicənin təsiri tamamilə iynənin əzələ liflərini mexaniki olaraq xəbərdar etməsinə və spazmı sındırmasına əsaslanır.
İynə Terapiyası Hansı Problemlərdə İstifadə Olunur?
Fizioterapevt Ramazan Nəsirli reabilitasiya mərkəzində quru iynə metodunu aşağıdakı hallarda tətbiq edirik:
- Kürək ağrıları və qulunc (Miofasial ağrı sindromu)
- Kəskin və xroniki boyun və bel ağrıları
- Gərginlik tipli baş ağrıları və miqren
- Çiyin sıxılma (impingement) sindromu və donmuş çiyin
- Tennisçi və qolfçu dirsəyi (epikondilit)
- Daban şporu və plantar fasiit
- Oturaq sinir (işias) sıxılmasına başlı əzələ gərginlikləri
Quru İynələmə Necə Təsir Edir?
Əzələlərimizdə gərgin qalan liflər qan dövranını məməhdudlaşdırır və həmin nahiyədə oksigen azlığı yaradır. Bu da öz növbəsində ağrılı triqqer nöqtələrini (düyünləri) əmələ gətirir. İynə həmin düyünə daxil edildikdə:
- Əzələdə qısa qıcolma cavabı (local twitch response) yaranır və əzələ dərhal boşalır.
- Həmin nahiyədə qan dövranı sürətlənir, oksigen tədarükü artır.
- İltihab və ağrı yaradan maddələr uzaqlaşdırılır.
- Sinir sisteminə ağrıkəsici siqnallar göndərilir.
Fizioterapiya və Manual Terapiya İlə Kombinasiya
Klinikamızda ən yüksək nəticəni əldə etmək üçün quru iynələməni təkbaşına deyil, **manual terapiya** və **fərdi reabilitasiya idmanları** ilə birlikdə tətbiq edirik. İynə ilə əzələ spazmını aradan qaldırdıqdan sonra edilən manual terapiya oynaqların hərəkətliliyini tam bərpa edir, idman hərəkətləri isə zəif əzələləri möhkəmləndirərək problemin təkrarlanmasının qarşısını alır.
💪 Əzələ Ağrılarına və Qulunca Son Qoyun!
Bakının 6 filialında xidmət göstərən Fizioterapevt Ramazan Nəsirli komandası ilə əlaqə saxlayaraq quru iynə terapiyası üçün randevu ala bilərsiniz.
📅 İndi Qəbula YazılTez-Tez Verilən Suallar
Quru iynələmə ağrılı bir prosedurdur?
Xeyr, prosedur zamanı istifadə edilən iynələr son dərəcə incədir. Yalnız əzələdəki triqqer nöqtəyə toxunduqda yüngül və anlıq bir qıcolma (əzələ sıxılması) hissi yarana bilər ki, bu da müalicənin təsir etdiyini göstərir.
Quru iynələmənin akupunkturadan fərqi nədir?
Akupunktura ənənəvi Çin təbabətinə əsaslanır və bədəndəki enerji meridianları üzrə tətbiq olunur. Quru iynələmə isə tamamilə qərb elminə, anatomiya və neyrofiziologiyaya əsaslanır; iynələr birbaşa spazmda olan əzələ liflərinə və triqqer nöqtələrinə vurulur.